Azərbaycanda bu günə olan koronavirus statistikası

16:36 | 29.11.2021
Azərbaycanda bu günə olan koronavirus statistikası

Azərbaycanda bu günə olan koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub.
 
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 217 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 486 947, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 074 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 559 877 nəfər təşkil edir.

Ümumilikdə isə 852 729 buster doza vurulub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM