Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Anews.az xəbər verir ki, bu barərə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !