2022-ci ildə Rusiya Çinə neft tədarükündə ikinci yerdədir

12:12 | 20.01.2023
2022-ci ildə Rusiya Çinə neft tədarükündə ikinci yerdədir

2022-ci ildə Rusiya Çinə neft tədarükündə ikinci yerdədir

Rusiya 2022-ci ildə Çinə ən çox xam neft ixrac edən ölkələr siyahısında ikinci yeri tutub. Bu barədə Reuters agentliyi məlumat yayıb. 

Ümumilikdə, ötən il Rusiya qonşu ölkəyə 86,25 milyon ton və ya sutkada 1,72 milyon barel neft tədarük edib. Çinin Rusiyadan neft idxalı 2021-ci illə müqayisədə 8% artıb. 2022-ci ilin dekabrında tədarüklər 2021-ci ilin eyni dövründəki gündəlik 1,7 milyon barellə müqayisədə gündəlik 1,52 milyon barelə (6,47 milyon ton) çatıb.

Səudiyyə Ərəbistanı keçən il Çinə 87,49 milyon ton və ya gündə 1,75 milyon barel neft tədarük edən ən böyük neft ixracatçısı olaraq qalır.
Malayziyadan Çinə neft ixracı 2021-ci illə müqayisədə iki dəfə artaraq 35,68 milyon ton təşkil edib. ABŞ-dan tədarüklər 31% azalaraq 7,89 milyon tona düşüb.

Bir gün əvvəl Bloomberg Çinin əmtəə şirkətləri PetroChina və Cnooc-un dünya bazarında neft qiymətlərinin artımından əhəmiyyətli dərəcədə faydalandığını bildirmişdi. Birincinin rəhbərliyi xalis mənfəətin 68%, ikincinin gəlirinin isə iki dəfə artacağını proqnozlaşdırır.

Yanvarın 17-də Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti hazırda 2023-cü il yanvarın 3-dən bəri ilk dəfə olaraq bir barel üçün 86 dolları ötüb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb