Rusiya Özbəkistana qaz tədarükünü 2 dəfə artırıb

23:05 | 27.12.2023
Rusiya Özbəkistana qaz tədarükünü 2 dəfə artırıb

Rusiya Özbəkistana qaz tədarükünü 2 dəfə artırıb

"Qazprom” Özbəkistana qaz tədarükünü rekord həddə çatdırıb. Bunu şirkətin rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Dekabr da Özbəkistana da şaxtalar gəldi və bizim özbək dostlarımız və həmkarlarımız Özbəkistana qaz tədarükünü imzalanmış müqavilə üzrə gündəlik öhdəliklərimizi iki dəfə artıracaq həcmdə artırmağı xahiş etdilər. Hazırda isə dekabrda biz Özbəkistana Mərkəzi Asiya-Mərkəz qaz kəməri ilə tədarük oluna biləcək maksimum texniki mümkün həcmdə qaz tədarük edirik”, - Aleksey Miller qeyd edib.


Dekabrın birinci yarısı Rusiyada da soyuq keçib. Aleksey Millerin sözlərinə görə, hətta bu ay tədarük həcminə görə Rusiya qaz sənayesinin bütün tarixində rekord qeydə alınıb. 

 Gələn il "Qazprom" bu məqsədlər üçün rekord məbləğdə - 270 milyard rubl ayıracaq. 2030-cu ilə qədər hədəfə tam nail olunması gözlənilir.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM