Ağdərə istiqamətində atəşkəs pozulub - Rusiya Müdafiə Nazirliyi

21:27 | 31.03.2023
Ağdərə istiqamətində atəşkəs pozulub - Rusiya Müdafiə Nazirliyi

Ağdərə istiqamətində atəşkəs pozulub - Rusiya Müdafiə Nazirliyi

Qarabağda Ağdərə ərazisində son sutka ərzində atəşkəs rejiminin iki dəfə pozulması faktı qeydə alınıb. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin münaqişə zonasında Rusiya sülhməramlı kontingentinin (RMC) fəaliyyətinə dair cümə günü yayılan bülletenində deyilir.

"Ağdərə ərazisində atəşkəs rejiminin iki dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə bu faktlarla bağlı araşdırma aparır", - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
 
Azərbaycan Müdafiə Nazirliyi Ağdərə istiqamətində atəşkəsin pozulması ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM