Azərbaycanda pul bazası azalıb

11:24 | 01.05.2024
Azərbaycanda pul bazası azalıb

Azərbaycanda pul bazası azalıb

Azərbaycanda 2024-cü ilin birinci rübündə pul bazası 2,3% azalıb, 2023-cü ildə isə bu göstərici 19,6% artmışdı. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

O həmçinin söyləyib ki, ölkədə kredit faizləri portfeli 4% artıb. 

"Maliyyə sektorunun kreditləşməsində azalma hiss etmirik. Kreditlərə tələb faktoru 1,6% təşkil edib”, - Kazımov bildirib. 

Onun sözlərinə görə, kredit faizləri artmayıb. Hüquqi şəxslər üçün kredit faizi 11,1 %, kiçik və orta sahibkarlar üçün isə 16,6% təşkil edir. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb