31 mart soyqırımından 106 il keçir

00:01 | 31.03.2024
31 mart soyqırımından 106 il keçir

31 mart soyqırımından 106 il keçir

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.
 
1918-ci il martın 30-da başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb. 

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
 
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb.
 
Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb