5 dəfə dünyanın ən güclüsü seçilən futbolçu Bakıda

19:51 | 29.10.2014
5 dəfə dünyanın ən güclüsü seçilən futbolçu Bakıda

5 dəfə dünyanın ən güclüsü seçilən futbolçu Bakıda

2006-2010-cu illərdə ardıcıl olaraq 5 dəfə FİFA tərəfindən dünyanın ən yaxşı qadın futbolçusu seçilən Braziliya yığmasının əfsanəvi üzvü Marta Vieyra da Silva Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, BMT İnkişaf Proqramının (UNDP) xoşməramlı səfiri olan cənubi amerikalı oktyabrın 28-dən 30-dək Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edib. Marta bu gün Bayıl Arenda 17 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib. Məşq prosesi başa çatdıqdan sonra karyerası barədə məlumat verən braziliyalı sonda futbolçularımızın suallarını cavablandırıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb