50 məktəbəqədər təhsil müəssisəsində kefiyyət təminatının monitorinqi keçirilib

13:40 | 11.12.2023
50 məktəbəqədər təhsil müəssisəsində kefiyyət təminatının monitorinqi keçirilib

50 məktəbəqədər təhsil müəssisəsində kefiyyət təminatının monitorinqi keçirilib

2023-cü ilin on bir ayında 50 məktəbəqədər müəssisəsində kefiyyət təminatının yoxlanılması ilə bağlı monitorinq keçirilib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov deyib. 
 
"Həm Elm və Təhsil Nazirliyində, həm də Təhsildə Kefiyyət Təminatı Agentliyinin bu istiqamətində gözləntilər üçün qarşıya qoyduğu hədəflər var. Kefiyyət monitorinqinin aparılmasında mühüm addımlar atılıb. Bu istiqamətdə çərçivə sənədi hazırlanıb. Bunu çətinliklərin aradan qaldırılması üçün bir rol xəritəsi də hesab etmək olar. Əsas zəruri olan sənədlər hazırlanıb", - Əhmədov  "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
 
Sədr vurğulayıb ki, ekspertlər qiymətləndirmə aparıb və erkən uşaq dövrünün aşağı olmasını müəyyən edilib.  
 
 
Dekabrın 11-də İqtisadi İnkişaf və Əməkdaşlıq Təşlilatının Təhsil və bacarıqlar şöbəsinin təhsil analtiki Nataniel Raynartsn Bakıda keçirilən konfransda bildirib ki, 2026-ci ilə qədər Azərbaycanda da daxil olmaqla 8 ölkədə məktəbəqədər təhsilin qiymətləndirilməsi aparılacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM