6 dövlət qurumuna "NAZ-Lifan" verildi

10:59 | 07.03.2018
6 dövlət qurumuna

6 dövlət qurumuna "NAZ-Lifan" verildi

Ötən gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinə, İnzibati İqtisadi Məhkəməyə, Şahbuz Rayon Məhkəməsinə, Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinə, Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə "NAZLifan-620”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə "NAZ-Lifan-720” markalı xidməti avtomobillər, Şərur rayonuna isə "MAZ” markalı kommunal təyinatlı avtomobil və 30 tullantı konteyneri təqdim olunub.
 
AzVision.az xəbər verir ki, 6 dövlət qurumuna yerli istehsal olan "NAZ-Lifan-620” və "NAZ-Lifan-720”markalı xidməti avtomobillər verilib.

Həmçinin Şərur rayonuna tullantıların toplanması və vaxtında daşınmasının təşkili məqsədilə "MAZ” markalı avtomaşın və 30 tullantı konteyneri təqdim olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM