88-ci teatr mövsümünün “Sima”sı təqdim olundu - FOTOLAR

23:59 | 19.07.2016
88-ci teatr mövsümünün “Sima”sı təqdim olundu - FOTOLAR

88-ci teatr mövsümünün “Sima”sı təqdim olundu - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
 

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, Beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib. 


Direktor 88-ci teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni – 89-cu teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən danışıb. 

Daha sonra Teatr və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olunub. 

Münsiflər heyətinin qərarına əsasən nominasiyalar üzrə "Ən yaxşı tamaşa” Kalmık dramaturqu B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında hazırlanmış "Qohumlar”, "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” Əməkdar Artist Atabala Səfərov, "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı” İlham Əsədov, "Mövsümün ən uğurlu baletmeysteri” Vüsal Mehrəliyev, "Mövsümün seçilən aktyoru” Əməkdar Artist Qurban İsmayılov, "Mövsümün ən məhsuldar aktyoru” Əməkdar Artist Şövqi Hüseynov, "Mövsümün ən məhsuldar aktrisası” Zümrüd Quliyeva, "Mövsümün ən yaxşı texniki işçisi” Vadim Kuskov, "Mövsümün perspektivli aktyoru” Ramil Məmmədov, "Teatrın dostu” "Milli.az xəbər portalı”, "Mövsümün ən işgüzar əməkdaşı” Zəminə Elbir, "Mövsümün ən yaxşı epizodik rol ifaçısı” Elgün Yəhyayev mükafatlandırılıblar.

Qaliblərə diplomlar və pul mükafatları təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.  
 
Məlumat üçün bildirək ki, mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.  
 
















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM