92 yaşlı Lütfi Zadədən xəbər var

09:50 | 26.11.2013
92 yaşlı Lütfi Zadədən xəbər var

92 yaşlı Lütfi Zadədən xəbər var

“Lütfi Zadə ilə təzə danışmışam. Vəziyyəti çox əladı. Gələn ayın 16-da Texasda bir elmi konfransa gedəcək”. 

Bunu Modern.az saytına açıqlamasında Lütfi Zadənin varisi, qeyri-səlis məntiq nəzəriyyəsi üzrə mütəxəssis, professor Rafiq Əliyev bildirib. 

Qeyd edək ki, mətbuat bir müddət əvvəl  92  yaşlı Lütfi Zadənin səhhətindəki problemlərdən bəhs edib. Lütfi Zadə ürəyindən əməliyyat olunmuşdu. 

Lütfi Zadə barədə çox nikbin danışan Rafiq Əliyev onun hətta dekabrın 16-da elmi konfransa gedəcəyini də vurğulayıb: “Zadənin vəziyyəti çox əladı. Onunla təzə danışmışam. Dekabrın 16-da da Texasda bir elmi konfransa gedəcək. Amerika daxilində təyyaradən istifadə edə bilir. Amma yeganə problemi Amerikadan qırağa təyyara ilə uça bilməməsidir. Həkimlər buna qadağa qoyublar. Qalan hər şey yaxşıdı”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb