“Ağ ölüm” Biləsuvarda - FOTO

21:04 | 29.06.2016
“Ağ ölüm” Biləsuvarda - FOTO

“Ağ ölüm” Biləsuvarda - FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrinə qastrol səfərinə start verib. 

V.Siqarevin "Şeytan ailəsi” əsəri əsasında hazırlanmış "Ağ ölüm” tamaşası ilə bu gün yaradıcı heyət Biləsuvar rayonunda çıxış edəcək. Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev ifa edəcəklər. 

Məlumat üçün bildirək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» və 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı», eləcə də 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində baş tutur. Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 88-ci teatr mövsümünə iyul ayının 1-də Astara rayonunda yekun vuracaq.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM