ABŞ-da 1 günə koronavirusdan rekord sayda adam ölüb

10:12 | 11.04.2020
ABŞ-da 1 günə koronavirusdan rekord sayda adam ölüb

ABŞ-da 1 günə koronavirusdan rekord sayda adam ölüb

ABŞ-da son 24 saat ərzində 2108 nəfər koronavirusdan ölüb, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ölkədə koronavirusdan ölümlərin gündəlik tempi sürətlə artmaqda davam edir. Belə ki,  aprelin 7-si 1736 nəfər,  apreldin 8-i  1973 nəfər,  aprelin 9-u  1783  nəfər olüb. Aprelin 10-da  isə ölkədə ölənlərin sayı rekord həddə çataraq 2108 nəfər təşkil edib. Bu, həm də dünyanın bütün ölkələri arasında  ən yüksək rəqəm sayılır.  ABŞ-da cəmi koronavirusdan 18,747 nəfər vəfat edib. 

ABŞ-da COVİD-19-a yoluxanların sayı 502.876, aktiv xəstələrin sayı  - 456.815,  sağalanların sayı isə 27.314 nəfərdir. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb