ABŞ-da nəhəng şist neft istehsalçıları investisiyanı azaldır

15:50 | 28.01.2016
ABŞ-da nəhəng şist neft istehsalçıları investisiyanı azaldır

ABŞ-da nəhəng şist neft istehsalçıları investisiyanı azaldır

ABŞ-da neft hasilatı 2009-cu ildən durmadan artırdı

ABŞ-da iki nəhəng şist neft istehsalçısı - "Continental Resources" и "Hess" neftin qiymətinin aşağı düşməsi səbəbilə kapital xərcləri azaltmalarını elan edib. "Report"un məlumatına görə, bu barədə "Financial Times" yazıb. Bu, həm də şirkətlərin neftin ucuz qiymətə satılmasıyla əlaqədar olaraq, xərclərin azaldılmasıyla bağlı ilk rəsmi bəyanatı kimi diqqət çəkib.

"Continental Resources" kapital xərcləri 66% azalaraq 620 milyon dollar təşkil edəcək. Bu cür xərclər 2015-ci ildə də 46% azaldılmışdı. Bu il şirkətin hasilatı sutkada 200 min barel neft ekvivalenti təşkil edəcək. Bu isə 2015-ci ilin göstəricisindən 10% azdır.

"Hess" isə elan edib ki, xərclərini 40%, 2,4 milyard dollara qədər azaldacaq. 2015-ci ildə isə azalma 29% təşkil etmişdi. Bu il şirkətin hasilatının sutkada 330-350 min barel neft ekvivalenti təşkil edəcəyi gözlənilir ki, bu da 2015-ci ilin göstəricisindən 5-10% aşağıdır.

Qeyd edək ki, buna qədər ABŞ-da neft hasilatı 2009-cu ildən durmadan artırdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb