ABŞ-dakı ziyalılarımız necə yaşayırlar? - MÜSAHİBƏ

15:23 | 08.11.2014
ABŞ-dakı ziyalılarımız necə yaşayırlar? - MÜSAHİBƏ

ABŞ-dakı ziyalılarımız necə yaşayırlar? - MÜSAHİBƏ

Amerika yazıçısı Mark Verxovski Bakıda doğulub və ömrünün böyük bir hissəsini Bakıda keçirib. Rus dilində yazır. ANN.Az-ın E-kitablar bölməsində onun "Həqiqətə bənzər yuxu" essesində yer almış iki hekayə dərc edilib.Mark Verxovski ABŞ-a getməsinin səbəbi, Amerikada mühacirlərin həyatı və öz yaradıcılığı haqqında danışdı.– ABŞ-a köçməyinizə nə səbəb oldu?– 1990-cı il yanvarın əvvəlində, onda mən Bakıda yaşayırdım, SSRİ-nin Yəhudi Muxtar vilayətindən, 3 illik müqavilə əsasında Birobicana (vilayət mərkəzinə) gəlmək təklifi aldım, vilayətdə ilk Evtikmə kombinatının tikintisinə başçılıq etmək üçün. Bundan əvvəl mən Azərbaycanda "Dəmir-beton" trestinin baş mexaniki işləyirdim və bütün respublika üzrə belə zavodların tikintisində iştirak edirdim: Naxçıvan, Gəncə, Sumqayıt, Bakı, Xırdalan.Mən sərbəst işləmək istədim və mənzil tutub, ailəmlə birlikdə təyinat üzrə yola çıxdım. Bakıda məlum hadisələr baş qaldırdı və sonra İttifaq dağıldı. Mən anlayırdım ki, mənzilin qaytarılması perspektivsizdir və buna görə də oradan ABŞ-a köçməyə qərar verdim. – Sizin tanıdığınız başqa həmyerlilərimizin ABŞ-a getməsinə səbəb nə oldu bəs? – Əlbəttə, ABŞ-a getməyə dair hər kəsin özünə xas səbəbləri var idi. Azərbaycan vətəndaşlarının xaricə üz tutmasına minlərlə və bir səbəb də təsir edə bilərdi.Ən başlıca səbəb, mənim fikrimcə, dağılan ölkədən qaçmaq idi. Yəhudilər qaçırdılar, çünki dövlət onları millətçilərin hərəkətindən qorumağa zəmanət vermirdi. Bakıda, Hökümət Evinin qarşısında olan plakatlar göstərirdi ki, yəhudilər 5 il, ruslar isə 3 il ərzində Bakını tərk etməlidirlər.Rusdilli azərbaycanlılar Vətəni tərk edirdilər, çünki qorxurdular ki, onların rusdilli olmasını bağışlamayacaqlar. Xəzinə oğruları, spekulyantlar və rüşvətxorlar öz kapitallarını xaricdə leqallaşdırmağa çalışırdılar. Himayəçiləri olmayanlar, tanınmamış istedadlar, qərb tərəfindən tanınmağa çalışırdılar. Analar öz oğullarını qaçılmaz qanlı müharibədən xilas etməyə çalışırdılar.Sadə məişət səbəbləri ilə əlaqədar olaraq da köçmələr müşayiət olunurdu. Məsələn, mənim ştat üzrə qonşularımdan biri və rayondan olan azərbaycanlı, Bakıda Xarici dillər İnstitutunu qurtarıb ezamiyyətə gəlmiş amerikalı ilə tanış oldu. Onlar evləndilər və Amerikaya köçdülər. Biz tez-tez onlarla ünsiyyətdə oluruq.– Mühacir özünü və ailəsini tam şəkildə təmin edənə və orta amerikalıdan heç də pis yaşamayana qədər, ilk vaxtlar ABŞ-da hansı çətinliklərlə üzləşir?– İlk çətinlik - bu, ingilis dilini pis bilməkdir. İkinci - sizin diplomlarınızın tanınmamasıdır, yəni bütün sovet təhsili puç olur. Amma əgər sizin böyük iş təcrübəniz varsa və siz işə götürəni buna inandırmağı bacarsanız, onda sizin yüksəlişiniz mümkündür. Əgər hər iki valideyn nəsə bir işin qulpundan yapışıblarsa, onda bu, əsas maneənin aşılması anlamına gəlir. Hətta aşağı qazanc belə, sizə ləyaqətli həyat yaşamağa imkan verəcək. Bununla yanaşı, xəstələnməmək və irsi xəstəliklərə malik olmamaq arzu olunandır, çünki tibbi xərclər sizi müflis edə bilər. Ancaq əgər sizin ümumi qazancınız ölkə üzrə olan göstəricidən aşağıdırsa, onda hospital sizə pulsuz xidmət göstərə bilər.Ümumiyyətlə, sizin büdcəniz nə qədər aşağıdırsa, dövlətdən o qədər çox güzəşt alacaqsınız. Bəzi yaşlı immiqrantlar onların işləməsinə əngəl törədən xəstəliklərə malik olduqlarına və bunu komissiyada sübut etməyi bacardıqda, pensiya alırlar, ona qulluq etməyə məcbur olan ər və ya arvad isə xəstənin pensiyasının yarısını alır. Bu halda əgər aşkar edilsə ki, ər-arvaddan biri əlavə qazanc mənbəyinə malikdir, onda hər ikisi pensiyadan məhrum olur.Qanunlar və nüanslar çoxdur. Tədricən, ən yaxşı iş taparaq və ya vəzifədə yüksələrkən, ər-arvad ortabab yaşamağa nail olurlar. Dürüstlüyü və zəhmətsevərliyi mütləq görürlər və dəyərləndirirlər. Mənim ailəm artıq üç il sonra Parisdə səyahətə imkan tapdı, bundan əvvəl isə Kanadada və yaxın Amerikada olduq.Nyu-Yorkda özünü realizə etməyi bacarmış çoxlu Azərbaycan ziyalıları var. Onların arasında amerika xoruyla birlikdə Azərbaycan mahnılarını ifa edən müğənni də var, rəsm dərslərini deyən rəssam da var, taksi şoferləri və xidməti maşınların sürücüləri də var.- Siz ABŞ-da olarkən nədən məyus oldunuz? Hansı gözləntiləriniz özünü doğrultmadı?- Bura gələnlərin hamısı bilir ki, çətin olacaq, ona görə də ani cənnət gözləmirlər. Amma demək olar ki, hamı həyat imtahanından üzüağ çıxır və nəhayət özləri üçün olmasa da, övladları üçün istədikləri həyatı təmin edə bilirlər. Məsələn, əgər mənim ailəmi nəzərə alası olsaq, mən öz mühəndislik vəzifəmi itirdim və özümü heç vaxt arzulamadığım yerdə tapdım - yazıçı və publisist oldum. Övladlarım ixtisaslı mütəxəssis oldular: böyüyü ev alıb, aparıcı zavod mütəxəssisi oldu, kiçiyi universiteti bitirib, nüfuzlu şirkətlərdən birinin kompüter mühəndisi oldu. Gördüyünüz kimi, biz illüziyaları aşdıq.- Dünyada ABŞ və amerikalılar barədə Hollywood kinolarına görə mühakimə yürüdürlər. Amerikalılar hər hansı münasibət zəminində qarşısında olanın sifətini əzişdirir, qaradərili amerikalılar isə narkotik satırlar və ağdərililəri güllələyirlər. "The Godfather" və digər filmləri buna nümunə göstərmək olar. Bəs amerikalılar real həyatda necədirlər? Bu milləti birləşdirən əlamətlər hansılardır?- Axırdan başlayım. Amerikalıların əsas xüsusiyyətləri nəzakətli olmaqlarıdır.Onların dilindən, "Bağışlayın, ekskyuzmi" kəlmələrini tez-tez eşidə bilərsiniz. Onu vurğulamaq lazımdır ki, afroamerikalılar daha nəzakətlidirlər. Bu təyin latınamerikalı immiqrantlara və "ruslara" şamil olunmur. Heç bir qalmaqal, sataşma, alkoqolizm, sui-istifadə ilə şəxsən mən Amerikada qarşılaşmadım. Və bu, reklam deyil, bu, mənim həyat təcrübəmin nəticəsi olaraq söylədiklərimdir.Bəli, küçələrdə dolaşan BOMJlar var, narkomanlar var, fahişələr var. Lakin bütün bunlar epizodik və gündəlik nümunələrdir. Özü də bu adamlar başqalarına dəyib-dolaşmırlar, sadəcə öz həyatlarını yaşayırlar. Özü də bütün bunları mən kriminal şəhər olan - New-Arkedə işləyərkən müşayiət edirdim. Əlbəttə, bir çox nüanslar var ki barəsində uzun müddət danışmaq olar.Mənim bu mövzuda oçerklərim var. Bu şəhərdə işlədiyim 5 il müddətində başıma bir dənə də olsun mənfi hadisə gəlmədi, amma sərgüzəştlərim oldu. Küçələrdə atışmanın olmasını, bakılılar kimi, yalnız kinolarda görmüşəm.- Deyilənə görə, amerikalılar öz peşələrini yaxşı bilirlər, amma başqa işlərdən başları çıxmır. Xüsusilə, dünya coğrafiyasını bilmirlər, evdə yemək hazırlamırlar və ya öz avtomobilini düzəldə bilmirlər. Biz amerikalılardan hansı cəhətlərimizə görə yaxşıyıq? Mən əlbəttə, hələ də həyatda olan sovet adamlarını nəzərdə tuturam, müasir azərbaycanlıların xarakterindən xəbəriniz olmamış olmaz.- Bəli, bu, doğrudur, elə sizdə olduğu kimi. Çoxları nə coğrafiyanı, nə tarixi, nə də ədəbiyyatı bilirlər.          Məşğul insanlar yemək bişirməyə vaxt sərf eləmirlər, həm də ucuz qiymətə yemək sifariş vermək mümkün olduğu halda, artıq evdə yemək bişirməyə ehtiyac qalmır, buna sərf edəcəkləri vaxtlarını isə öz hobbilərinə sərf edirlər. Avtomobil təmirinə gəldikdə isə, qadın sürücülər əlbəttə, dünyanın bütün yerində olduğu kimi, bu sahədə xamdırlar.Amma kişilərin hamısının avtomobildən başı çıxır. Əgər avtomobil səni yarı yolda qoyursa, onda yoldan ötənlərdən birisi mütləq öz köməyini təklif edəcək.- Mümkünsə öz ədəbi yaradıcılığınız barədə danışardınız. Nə qədər kitab nəşr etmisiniz, hansı illərdə, nəyin üzərində işləyirsiniz və oxucularınız kimdir?- Amerikaya gələndən sonra mən oçerklər yazmağa başladım və Nyu-York, Nyu Cersi, Minnesota, Philadelphia, Çikaqo KİV-lərində, bundan başqa, Praqada, Tbilisidə və Bakıda ("Ədəbi Azərbaycan" jurnalı “Exo”, “Zerkalo”, “Həftə” qəzetlərində, Trend, Kultura.az, Lear-klub və s portallarda) dərc olunmağa başladım.2004-cü ildə Nyu-Yorkda, hekayələr və oçerklərin, qısa hekayələrin, həmçinin, yumor, psixologiya, səyahət, fəlsəfə, sevgi, romantika, tarixi ekskursiya mövzularında esselərin yer aldığı ”Ötənlər” toplusunu "The Past" nəşriyyatında dərc etdirdim.Kitablarımın təqdimat mərasimlərində öz rusdilli oxucularımla ünsiyyətdə oluram.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb