ABŞ: "Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir"

11:15 | 06.01.2015
ABŞ:

ABŞ: "Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir"

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahatdır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

"Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin  danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırırıq” - deyə C.Psaki bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb