ABŞ-dan Gürcüstana hədiyyə

15:32 | 23.09.2016
ABŞ-dan Gürcüstana hədiyyə

ABŞ-dan Gürcüstana hədiyyə

ABŞ Gürcüstan Sahil Mühafizə Xidmətinin sərhəd polisinə iki gəmi hədiyyə edəcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, ölkənin daxili işlər naziri Georgi Mqebrişvilinin ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşünün yekunundan sonra bu xəbər yayılıb.
Xəbərdə bildirilib ki, sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək. Həmin səfər çərçivəsində Baltimorda "İsland" tipli iki gəminin Gürcüstana təhvil verilməsi ilə bağlı təntənəli tədbirin keçiriləcəyi bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb