ABŞ-dan kürdlərə bayraq QADAĞASI

16:48 | 16.09.2016
ABŞ-dan kürdlərə bayraq QADAĞASI

ABŞ-dan kürdlərə bayraq QADAĞASI

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Suriyada yaşanan bayraq qalmaqalına münasibət bildirib.

ANN.Az axar.az-a istinadən bildirir ki, Pentaqon rəsmisi kürdlərin ABŞ bayrağını dövlət binalarının qarşısında asmasından xəbərsiz olduğunu deyib:
 
"O xəbəri görməmişəm. Ancaq əvvəllər kürdlərə ABŞ bayrağını dalğalandırmamağı tapşırmışdıq. Belə bir hadisə varsa, mütləq araşdırılacaq".
 
Xatırladaq ki, Suriyanın Tel Abyad rayonunda PYD silahlıları 3 nöqtədə ABŞ bayrağını ucaltmışdı.

Milli.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM