ABŞ-ın keçmiş prezidentləri qasırğalardan zərər çəkənlərə yardım fondu yaradıblar

20:20 | 08.09.2017
ABŞ-ın keçmiş prezidentləri qasırğalardan zərər çəkənlərə yardım fondu yaradıblar

ABŞ-ın keçmiş prezidentləri qasırğalardan zərər çəkənlərə yardım fondu yaradıblar

Maliyyə vəsaitləri OneAmericaAppeal.org saytında toplanılacaq.

ABŞ-ın beş keçmiş prezidenti "Harvi" və "İrma" qasırğalarından zərər çəkənlərə yardım üçün fond yaradıb.

"Report"un məlumatına görə, bu barədə "CBS" xəbər verib.

Xəbərdə bildirilir ki, onlar arasında Cimmi Karter, ata Corc Buş, Bill Klinton, Corc Buş (oğul) və Baraka Obama var.

Qeyd olunur ki, maliyyə vəsaitləri "OneAmericaAppeal.org" saytında, həmçinin ata Corc Buş tərəfindən açılmış prezident kitabxanasında xüsusi hesablar vasitəsilə toplanılacaq.

Daha əvvəl bildirilib ki, Texasda "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatıb. Bundan əlavə, "İrma" qasırğasının zərər vurduğu insanların sayı 74 minə çatıb. Onların 20 min nəfəri uşaqlardır.
Həmçinin 8 nəfər təbii hadisənin qurbanı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM