ABŞ İranda nəyin ovuna çıxacaq? – KÖŞƏ

22:00 | 18.08.2015
ABŞ İranda nəyin ovuna çıxacaq? – KÖŞƏ

ABŞ İranda nəyin ovuna çıxacaq? – KÖŞƏ

Son vaxtlar dünyada  baş verən siyasi proseslər bəlkə də onu sübut edir ki, həlli mümkün olmayan münaqişə yoxdur. Amma digər tərəfdən gözlənilmədən başqa bir dövlətin əsgərlərinin digər dövlətin ərazisində peyda olması, necə deyərlər yiyələnməsi faktını dagözardı etmək mümkün deyil. Məsələn, sadalayacağım proseslərdən hansı dünya üçün daha önəmlidir: ABŞ-Kuba münasibətlərinin 50 ildən sonra düzəlməsimi, yoxsa Krımın Rusiyaya ilhaq edilməsimi?  İran neftinin Avropaya satılmasımı, İŞİD-in Orta Şərqdə at oynatmasımı?

Necə deyərlər, sözümün əsl mahiyyəti bundan ibarətdir ki, ötən gün oxuduğum bir xəbər bundan ibarət idi ki, amerikalılar İranda ov edəcək. Xəbəri oxuyub bitirən kimi fikirləşdim ki, nəyə görə  ov etmək üçün amerikalılar okeanın o tayından bura gəlirlər? Məgər ov etmək üçün Amerika qitəsində yer yoxdur? Ya da niyə amerikalılar məhz İrana ova gəlirlər? Çinə, Monqolustana, Qazaxıstana deyil? Məqsəd nədir? Sırf ov ovlayıb, quş quşlamaq üçün gəlirlər? Başqa siyasi, diplomatiya üçün hansısa məlumat toplamaq üçün gəlirmirlər ki? 

Xəbərdə qeyd olunub ki, ABŞ-la İranın uzun illər çox da yaxşı diplomotik münasibətləri olmasına baxmayaraq, amerikalılar uzun illərdir ki, İrana ovçuluq etmək üçün gəlirlərmiş. Bu qərar on il bundan əvvəl, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət departamentinin Amerikanın ovçuluq turizmi agentliklərinə İrana səfərlərin təşkili üçün icazə verəndən sonra başlanıb.

Təxminən bir ay bundan öncə 6-lıq ölkələri İrana qarşı vaxtilə tətbiq olunmuş sanksiyaların aradan qaldırılması ilə bağlı qərar qəbul etdi. Bununla da İran artıq öz neftini daha ucuz qiymətə Avropa ölkələrinə sata bilmək imkanı qazandı. Bundan başqa İran Avropa ölkələri ilə iqtisadi-ticari əlaqələri də genişləndirmək imkanı əldə etdi. Ekspertlərin fikrincə, bütün bu olanlardan sonra ABŞ-ın İrana qarşı münasibətində yumşaqlıq hiss olunacaq. Məni isə bu sual da maraqlandırdı ki, görəsən, bu yumşalma siyasətindən sonra amerikadan İrana ova gələnlərin sayı aartacaq, ya azalacaq? 

Bəlkə də neft-alqı satqısı və İranla münasibətlərin formalaşma fonunda bu xəbərdə qeyd olunduğu kimi "ABŞ-dan İrana ovu üçün gələnlər” bu münasibətləri bir qədər də formalaşdıracaqlar. Bəlkə də tamamilə əksinə, münasibətləri pisləşdirib sözün həqiq mənasında amerikalılar İranda insan ovu edəcəklər? Bu suallar beynimi yaman qarışdırdı. Siz necə düşünürsüz bəs? Amerikalılar İranda nəyin ovuna çıxacaqlar?  

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM