Məlumata görə, Bayden administrasiyasının diplomatik təşəbbüsü Livandakı münaqişəni dayandırmaq, Qəzzada girov və atəşkəs danışıqlarını davam etdirmək məqsədi daşıyır.
Məqsəd daha geniş müharibənin qarşısını almaq üçün daha böyük diplomatik razılaşma üzrə danışıqlara yer verəcək fasiləyə nail olmaq, köçkün mülki şəxslərin sərhədin hər iki tərəfindəki evlərinə qayıtmasına imkan yaratmaq və Qəzza zolağında atəşkəs və girovlarla bağlı razılaşmaya yeni sürət verməkdir.
Atəşkəs planı ötən bazar ertəsi ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında telefon danışığından sonra başlayıb. ABŞ son iki gündə Fransa, İsrail, Livan və bəzi digər ərəb dövlətləri ilə müvafiq planla bağlı fikirlərini müzakirə edib.
İsrail rəsmisinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu planı müzakirə etmək üçün "yaşıl işıq” yandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !