ABŞ: Neftin ucuzlaşması ölkə iqtisadiyyatı üçün faydalıdır

11:03 | 06.01.2015
ABŞ: Neftin ucuzlaşması ölkə iqtisadiyyatı üçün faydalıdır

ABŞ: Neftin ucuzlaşması ölkə iqtisadiyyatı üçün faydalıdır

Barak Obama administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır. Belə ki, ölkədə benzin ucuzlaşıb, avtomobil satışı isə artıb. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşüb.

Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi.  
 
Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb