ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib

13:31 | 06.05.2024
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib

ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib

Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə bərabər Şuşaya səfər edib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
 
Səfir xanımı ilə birgə Füzulini də gəzib. 


"Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək",- məlumatda qeyd olunub.
 
Daha əvvəl ABŞ səfiri Şuşaya gec getməsinin səbəbini "mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm", - fikri ilə izah edib. 

2022-ci ilin mayın 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.

Ötən ilin noyabrında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi təyin olunub.

 
Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb