Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı müğənninin vəkili Skott Balberə istinadən məlumat verib.
Mənbə qeyd edir ki, vəkil xüsusi prokurorun Emin Ağalarovun atası Araz Ağalarovla söhbətdə maraqlı olub-olmaması barədə heç bir söz deməyib. Araz Ağalarovun adı kiçik Trampın sonradan dərc etdirdiyi və görüşün təşkilinə aid olan yazışmada çəkilirdi.
Söhbət 2016-cı ilin iyununda Nyu-Yorkun "Trump Tower” göydələnində baş tutmuş görüşdən gedir. Həmin görüşdə Veselnitskaya iştirak edib. Daha öncə kiçik Tramp etiraf edib ki, onunla görüşə Hillari Klinton barədə təxribat xarakterli məlumat əldə edə bilmək arzusu ilə gəlib. Siyasi rəqiblər isə iddia edirlər ki, bu görüş Trampın seçki qərargahı ilə Rusiya arasında güman edilən əlaqələrin mövcudluğunu sübut edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !