ABŞ yüzlərlə hərbçisini İrəvana göndərdi

10:31 | 30.06.2017
ABŞ yüzlərlə hərbçisini İrəvana göndərdi

ABŞ yüzlərlə hərbçisini İrəvana göndərdi

ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam güclə strat verilib. Hazırda, yüzlərlə amerikalı hərbçi Ermənistandadır.

Publika.az xəbər verir ki, bu iddia ilə "newsinfo” saytı çıxış edib.

İddiaya görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər.

"Onlar ABŞ-ın "xarici hərbi maliyyələşmə” adlı sxemi əsasında gəliblər. Lakin aralarında Ermənistanda nəzarəti ələ almaq üçün gələn yüksəkrütbəlilər də var. ABŞ hərbiçiləri erməni hərbiçilərinə minaların təmizlənməsi kimi xoşməramlı kömək edəcək. Lakin bu, Birləşmiş Ştatların sakit şəkildə Ermənistana müdaxiləsidir. Görünür, Rusiyanın boyunduruğunda olan Sarkisyan rejimi artıq Vaşinqtona lazım deyil”, - deyə iddiada qeyd olunur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb