AccessBank-ın Müşahidə Şurasında dəyişiklik baş verib

11:30 | 13.07.2017
AccessBank-ın Müşahidə Şurasında dəyişiklik baş verib

AccessBank-ın Müşahidə Şurasında dəyişiklik baş verib

Bankın Müşahidə Şurasına yeni sədr seçilib

Bakı, 13 iyul 2017-ci il. 6 iyul 2017-ci il tarixində AccessBank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və iclasda Bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib. Yeni sədr vəzifəsinə Doktor Yan Klasen seçilib, o, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub.

Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdirlər və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışırlar.

Hazırda Bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdaki kimidir:

1. Doktor Yan Klasen – sədr

2. Sayed Aftab Ahmed – üzv

3. Tomas Enqelhardt – üzv

4. Rayner Müller-Hanke - üzv

5. Emre Yıldız - üzv Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM