"AccessBank" ittihamlara cavab verdi - AÇIQLAMA

16:00 | 02.03.2015

"AccessBank" ittihamlara cavab verdi - AÇIQLAMA

"AccessBank” xaricdən beynəlxalq kreditorlardan cəlb etdiyi kreditlər üzrə ödədiyi faizləri açıqlayıb. Bu məlumat, ekspertlərin bankların kreditləri həddindən artıq yüksək faizlə vermələri barədə iddialarını gücləndirir.

"Marja”, Bankın investorlar üçün hazırladığı təqdimata istinadən xəbər verir ki, 2014-cü ildə "AccessBank” xaricdən 150 milyon dollar və 25 milyon Avro kredit cəlb edib. 
 
"Raiffeisen Bank International”dan 12 ay müddətinə 60 milyon ABŞ dolları 3.25%-lə, ECP-dən 12 ay müddətinə 50 milyon dollar kredit 3,40%-lə, EFSE-dən 60 aylıq müddətə 20 milyon dollar kredit 3.95%-lə, KfW-dən 36 aylıq müddətə 20 milyon dollar kredit 3.75%-lə, Avropa İnvestisiya Bankından (EIB) 60 ay müddətinə 25 milyon avroluq kredit 1,62%-lə cəlb edilib.

Təqdimatda qeyd olunur ki, Bankın 31 Dekabr 2014-cü il tarixinə beynəlxalq kreditorlardan aldığı borcun həcmi 629,991 milyon dollar, müştəriləri qarşısında öhdəlikləri isə (depozit portfeli) 432,416 milyon dollar təşkil edib. Bundan başqa, bank buraxılmış borc qiymətli kağızlar (istiqrazlar) üzrə 27,871 milyon dollar borca malik olub. "AccessBank”ın müştərilərə verdiyi kreditlərin həcmi isə (kredit portfeli) 1,045 milyard dolları ötüb. Ötən il "AccessBank” 55 milyon dollar xalis mənfəət əldə edib. 
 
Qeyd edək ki, "AccessBank”ın verdiyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 43,36%-ə qədər çıxır.

Bankın mütəxəssisləri müştərinin götürdüyü kreditə görə itirdiyi məbləğin (faiz ilə ifadədə)  FİFD faizindən aşağı olduğunu bildirirlər. Kredit mütəxəssislərinin sözlərinə görə, müştərinin itirdiyi məbləğ götürülən kreditin 18%-i civarında olur.
 
*** 
 
ANN.Az saytı bu məlumatı dəqiqləşdirmək üçün AccessBanka müraciət edib. 

Bankın rəsmisi Nigar Məmmədova məsələ ilə bağlı ANN.Az saytına açıqlama verib:

"Faizlər kreditlər üzrə fərqlənir. Çünki müddətindən və məbləğindən asılı olaraq, hər kreditə uyğun faizlər var. Bizə qarşı deyilən kreditlərin 44%-lə verilməsi məsələsinə gəldikdə isə, "AccessBank" yarandığı gündən belə faizlə kredit verməyib".
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb