Minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti ailəsinə təhvil verilib.
Bu barədə "Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd edək ki, Ağdam rayonunda öz kəndlərini görməyə gedərkən itkin düşən 43 yaşlı Cəsarət Hətəmxanovun minaya düşərək həlak olduğu məlum olub. O, iyunun 8-dən itkin kimi axtarışda idi. Dünən C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !