Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama

13:46 | 25.02.2017
Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama

Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama

"Hazırda Ağdamda vəziyyət normaldır. Gecə saatlarında kəndlərə baş çəkərək, insanlarla görüşdük. Ciddi problem yoxdur. Hər şey qaydasındadır”

"Qafqazinfo” xəbər verir ki, bunu AzVision.az -a Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısının sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb