Adı olan, özü olmayan Murtuza Muxtarov mülkü - FOTOLAR

09:24 | 24.07.2015
Adı olan, özü olmayan Murtuza Muxtarov mülkü - FOTOLAR

Adı olan, özü olmayan Murtuza Muxtarov mülkü - FOTOLAR

Bakının bir çox kəndlərində olmuşam, reportajlar, fotolar hazırlamışam. O qədər gözəl yerləri çəkmişəm və həm də buna sevinə-sevinə, sevə-sevə...

Mərdəkanın – təbiətində qəribə bir hüzur, sakitlik olan bu qədim Bakı kəndinin yeri bir başqadır məndə. Yolum hər dəfə buraya düşəndə, çəkilişlər olanda sanki neçə müddətlik istirahət etmiş kimi özümü hiss edirəm. Yenə də buradayam, vaxtilə birgə çalışdığım iş yoldaşımın dediyi kimi "pulemyot”um da çiynimdə, kəndin küçələrini dolaşıram.

...Bu ev haqqında kitablardan oxuyub, haqqında çox eşitsəm də hər dəfə gəlişimdə içəri daxil olmaq mənə nəsib olmamışdı. Hər dəfə darvazanın qapısından içəri adlayıb mənə sirr kimi görünən mənzərə ilə qarşılaşmaq istəyirdim. Elə təsəvvür yaranmışdı ki, sanki keçmişə ayaq basacağam. 

Nəhayət, bu mənə qismət oldu - evin içərisini, həyəti, buradakı hər şeyə baxıb istədiyim qədər fotolar çəkə biləcəkdim. Xəyalən bu evin əsrarəngiz gözəlliyi vardı beynimdə. Amma qarşılaşdığım mənzərə məni çox pəjmürdə etdi - həyətin səliqəsiz və baxımsız olması ilk baxışdan hər şeyi deyirdi. Hovuzun suyunun nə rəngdə olmasını təyin etməkdə çətinlik çəkdim. İçərisində tənbəl-tənbəl fırlanan bir və ya iki balıq gördüm, ya görmədim. Dedim, bir yuxarı mərtəbələrə çıxım, görüm orada vəziyyət nə yerdədir. Qəribədir ki, yuxarı mərtəbədəki otaqların hamısının qapısı qıfıllanmışdı. Pəncərə şüşəsindən içəri baxmağa çalışanda səliqəsizliyin və töküntünün bayırdakından heç də geri qalmadığını gördüm. Bu xəyalalrımda məhv olmuşdu. Əlimdə qalan isə sadəcə bu fotolar idi...

Fərqanə Novruzova
Fotolar müəllifindir























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb