ADU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

22:01 | 31.05.2016
ADU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

ADU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və Təlimdə innovasiyalar kafedrasının müəllimi Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, eyni zamanda Ninqbo Politexnik Universitetinin təşkilatçılğı ilə Çində baş tutan beynəlxalq seminarda iştirak ediblər.

"Seminar for Teachers from developing Countries along the One Belt One road” adlı beynəlxalq seminarda Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama, Misir və Vanuatudan olan nümayəndələr müxtəlif mövzularla bağlı mühazirələrdə çıxış ediblər. Onlar, həmçinin seminar çərçivəsində ÇXR-in Siamen, Şanxay şəhərlərinə səyahət edərək orta ümumtəhsil məktəblərində olublar, ali məktəblərdə dərsləri müşahidə ediblər.

Həftənin beş günü baş tutan mühazirələr ərzində ÇXR-in mədəniyyəti, Elmi tədqiqatın əsasları, Çin elementləri: Çin kallioqrafiyası, Müasir təlimin əsası: İnnovasiya və müasirlik, Beynəlxalq təhsil, Dərsin təşkilində ən çox istifadə olunan müasir təlim metodları və onlardan istifadə, Uğurlu dərsin təşkili və qiymətləndirilməsi, Milli mədəniyyət və xalqlararası ünsiyyət kimi mövzular ətrafında maraqlı və interaktiv diskussiyalar təşkil olunub. 

Ningbo Politexnik Universitetinin prorektoru Cen Yongla görüşən Azərbaycan nümayəndə heyəti onu xalqımızın qonaqpərvərliyinin rəmzi olaraq milli mətbəximizin təamlarından sayılan paxlava və şəkərburaya qonaq ediblər. Beynəlxalq seminarda ADU-nu təmsil edən Nigar Zeynalova "Azərbaycanda təhsil sistemi”, Fatma Qurbanzadə isə "Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzularında Ningbo Politexnik Universitetində mühazirə oxuyublar.

Qeyd edək ki, bir aya yaxın davam edən seminara "National communication” adlı bağlanış mərasimi ilə yekun vurulub.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb