AFFA milli komandaya yeni baş məşqçi gətirir - FOTO

17:35 | 27.12.2013
AFFA milli komandaya yeni baş məşqçi gətirir - FOTO

AFFA milli komandaya yeni baş məşqçi gətirir - FOTO

“AFFA-dan təklif almışam, hazırda danışıqlar gedir, 1-2 günə hər şey dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına Mirbağır İsayev deyib.39 yaşlı mütəxəssis 17 yaşadək futbolçulardan ibarət milli komandamıza rəhbərlik etmək üçün AFFA-dan təklif alıb. O, əməkdaşımızla söhbətində rəsmi müqavilə bağladıqdan sonra ətraflı danışa biləcəyini söyləyib: “Məsələ rəsmiləşsin, ətraflı danışarıq. Bircə onu deyə bilərəm ki, müqavilə bağlasaq, yanvarın 8-də komandanı ilk təlim-məşq toplanışına çıxardacağam”.“Neftçi”nin əvəzedici heyətində və müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çalışmış İsayev “Abşeron”u yüksək liqaya çıxaran məşqçidir. Onun sonuncu iş yeri “Kəpəz” olub.Qeyd edək ki, U-17-ni son olaraq almaniyalı Nikolay Adam çalışdırıb. Lakin o, bundan sonra U-19-a rəhbərlik edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb