AFFA "Bakı"nın məşqçisini və futbolçusunu cəzalandırdı

16:00 | 21.10.2014
AFFA "Bakı"nın məşqçisini və futbolçusunu cəzalandırdı

AFFA "Bakı"nın məşqçisini və futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən  yaydığı xəbərə görə, İK Premyer Liqanın 8-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.Azərbaycan Premyer Liqasının VIII turunun “Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb