Afrikada 2013-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Yaya Ture (“Mançester Siti”, Fildişi sahilləri) rəqiblərini qabaqlayaraq ilin ən yaxşısı seçilib. Finala qalan digər iki namizəddən Con Obi Mikel (“Çelsi”, Nİgeriya) ikinci, Didye Droqba (“Qalatasaray”, Fildişi sahilləri) isə üçüncü pillədə yer alıb.Y.Ture bu mükafatı üçüncü dəfə qazandığı üçün qürur hiss keçirdiyini deyib. Bildirib ki, onunla yanaşı, C.O.Mikel de ilin ən yaxşısı seçilməyə layiq idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !