• $
  • £

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək - MİŞEL

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək - MİŞEL
20.01.2023 13:32
Avropa İttifaqında Rusiya-Ukrayna münasibətlərinə aid müzakirələri getdikcə mürəkkəbləşməsinə baxmayaraq, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketləri hazırlamağa davam edəcək, bunu Avropa Şurasının prezidenti Çarlz Mişel bildirib. 

"Sanksiyalar müzakirəsi əvvəlkilərdən daha mürəkkəbləşir. Prezident Zelenski ilə yaxşı müzakirələrimiz var, mən həmkarlarıma Ukraynanın təklifləri barədə məlumat verəcəyəm və məsləhətləşmələr aparacağıq. Əminəm ki, biz Kremlə təzyiqləri artıra biləcəyik”, - Çarlz Mişel Kiyevə səfəri zamanı bildirib.


Bloomberg agentliyi yazır ki, Mişel Aİ-Ukrayna sammitinə hazırlıq işlərinə kömək etmək üçün Kiyevə elan olunmamış səfər edib. Sammit fevralın 3-nə planlaşdırılıb.
 
"Əminəm ki, bu, bizim bir yerdə olduğumuza bir fürsət və güclü siqnal olacaq. Növbəti addımların nədən ibarət olacağına və ümumi məqsədlərin nə olacağına da qərar verəcəyik”, - deyən Avropa Şurasının rəhbəri əlavə edib ki, ümumilikdə sanksiyalar sərtləşdirilməli, "Rusiya ilə qarşıdurmaya daha çox ölkə cəlb olunmalıdır”.


Çarlz Mişelin fikrincə, Aİ ölkələri Ukraynaya daha çox tank verməlidir. Eyni zamanda o, bu qərarın Almaniya üçün niyə çətin olduğunu anladığını vurğulayıb. Bir neçə gün əvvəl Böyük Britaniyanın Ukraynanı "Challenger-2” tankları ilə təmin etmək qərarına reaksiya verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qeyd edib ki, bu tanklar da başqaları kimi yanır və başqaları kimi yanacaq.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol