Aİ sosial şəbəkələrdə təhlükəsizlik tədbirlərini gücləndirəcək

21:04 | 12.09.2016
Aİ sosial şəbəkələrdə təhlükəsizlik tədbirlərini gücləndirəcək

Aİ sosial şəbəkələrdə təhlükəsizlik tədbirlərini gücləndirəcək

"WhatsApp”, "Skype”, "FaceTime” xidmətlərini göstərən şirkətlərdə islahatlar aparılacaq.

ANN.Az İctnews.az-a istinadən xəbər verir ki, zəng xidmətləri və ani mesaj mübadiləsi təklif edən bu şirkətlər təhlükəsizliklə bağlı hallar barəsində xəbərdarlıq etməyə, qanun pozuntuları haqda hesabatlar təqdim etməyə və xidmətin fasiləsizliyini təmin etməyə məcburdurlar. Belə tədbirlər potensial terrorçuların ünsiyyətinə nəzarət etməyə imkan yaradır.

Böyük Britaniya rəsmiləri hesab edirlər ki, xüsusi xidmət orqanları terror hücumlarının qarşısını almaq üçün bu internet xidmətlərindən istifadə edənlərin informasiyasını toplamalı və saxlamalıdır.

Avropa Komissiyası sentyabrın ortalarında öz təkliflərini təqdim etməyə hazırdır. Lakin bu təkliflər Avropa Parlamenti və Avropa Birliyinin üzvləri tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə malik olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb