"Ağıllı" saatların satışa çıxarılacağı tarix açıqlandı

15:18 | 16.10.2016

"Ağıllı" saatların satışa çıxarılacağı tarix açıqlandı

2017-ci ildə "Google” korporasiyasının iki yeni "ağıllı” saat variantı satışa çıxarılacaq. 

İKT.lent.az-ın "svopi.ru” saytına istinadən məlumatına görə, bunu özünün "Twitter” sosial şəbəkəsində Evan Blass yazıb.

Onun sözlərinə görə, 2017-ci ilin yazına qədər "ağıllı” saatların iki variantı satışa çıxarılmalıdır. Onların dairəvi ekranı olacaq, naviqasiyanı idarə edən düymələrin sayı 3 ədəd olacaq. Onlar "Swordfish” və "Angelfish” adlandırıla bilər.

Sonuncuların ürəyin ritmlərini təhlil edən "Long-Term Evolution” proqramı və nəbzi ölçən cihazı olacaq. Birincilərdə isə çox güman ki, bütün bunlardan heç biri olmayacaq. Əvəzində təxmin edilir ki, bunlar olduqca yığcam olacaq. 

Rəngləri boz, çəhrayı-qızılı və ya gümüşü, əməliyyat sistemi isə xüsusi olaraq şirkət tərəfindən "ağıılı” saatlar üçün yaradılan "Android Wear 2.0” olacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM