Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi

18:00 | 23.11.2014
Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi

Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi

Məşhur kino ulduzu və idmançı Çak Norris karateçilərimizi Amerikada təşkil edilmiş dünya çempionatına dəvət edib. 

 Azərbaycan Peşekar Karate-do Federasiyasının metbuat xidmətindən modern.az-a verilən məlumata görə, məhşur kino ulduzu və idmançı Çak Norris karteçilərimizi Amerikada təşkil edilmiş dünya çempionatına dəvət edib.

Dünya çempionatı 2015-ci ilin yanvar ayında keçiriləcək. Milli komanda federasiya rəhbəri, dünya və Avropa çempionu Sabir Süleymanın başçılığı altında bu mötəbər yarışa hazırlaşır.

Bu mötəbər yarışda Azərbaycanı təmsil edəcək idmançılarımız arasında Federasiyanın baş katibi, dünya və Avropa çempionu Vüsal Abdullazadənin də iştirakı gözlənilir.

Qeyd edək ki, Çak Norris “Chun Kuk Do” federasiyasının yardıcısı və prezidentidir.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb