Akademiyada yeni qurumlar yaradıldı

16:32 | 05.11.2015
Akademiyada yeni qurumlar yaradıldı

Akademiyada yeni qurumlar yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda bəzi struktur dəyişiklikləri edilib və yeni təyinatlar baş tutub. Əvvəlcə AMEA-da  
"Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təsis edilməsi barədə qərar qəbul edilib.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasının tabeliyində olan "Akademkitab” şöbəsinin (mağazası) ləğv edilib, AMEA Rəyasət Heyətinin nəzdində olmaqla şöbənin bazasında "Akademkitab” MMC təsis olunub.

Filologiya elmləri doktoru Əliağa Cəfərov "Akademkitab”ın direktoru təyin edilib.

İclasda İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması haqqında qərar da verilib.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM