Akunin: "Putinin sonu çox pis olacaq"

20:43 | 25.08.2014
Akunin: "Putinin sonu çox pis olacaq"

Akunin: "Putinin sonu çox pis olacaq"

Boris Akunin Putin hakimiyyətinin labüd sonundan danışıb.
 
Axar.az-ın məlumatına görə, məşhur rus yazıçısı Boris Akunun (Qriqori Çxartişvili) bildirib ki, Rusiya hökuməti “özünün kütlüyü və burnunun ucunu görməməsindən yana” dinc yolla daha demokratik idarəetmə formasına keçməkdən imtina edib və hər zaman ələ düşməyən bu fürsəti qaçırıb. Akunin "Deutsche Welle"yə verdiyi intervüdə deyib:
 
“Hakimiyyət bunu anlamadı. Özünü bu imkandan məhrum etdi. Artıq Vladimir Putinin seçimi qalmayıb. Onun sonu bütün hallarda çox pis olacaq. Bu – ya saray çevrilişi, ya da sosial partlayışla nəticələnək. Sistem seçimdəm imtina edəndə xalq üçün başqa yol qoymur”.
 
Xatırladaq ki, rəsmi Kremlin hazırladığı Rusiya üçün arzuolunmaz şəxslərin 57 nəfərlik qeyri-rəsmi siyahısında Boris Akuninin də adı var. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM