“ALHOKAIR” Azərbaycanda ilk “MARKS & SPENCER” mağazasını rəsmən açdı

15:30 | 13.03.2015
“ALHOKAIR” Azərbaycanda ilk “MARKS & SPENCER” mağazasını rəsmən açdı

“ALHOKAIR” Azərbaycanda ilk “MARKS & SPENCER” mağazasını rəsmən açdı

"Alhokair” ticarət şirkəti bu gün, Bakıda 2015-ci ilin yaz-yayına aid ən yeni kolleksiyalarını əks etdirən əsas Marks & Spencer mağazasını rəsmən açdı. Məşhur geyim markasının satışı ilə məşğul olan bu şirkətin Azərbaycanda ilk mağazasının açılmasını qeyd etmək məqsədilə, "Alhokair” bu axşam öz mağazasında eksklüziv tədbiri keçirməyi planlaşdırır. Canlı əyləncə ilə seçilən həmin xüsusi alış-veriş tədbirində 200-dən artıq qonaq, o cümlədən Azərbaycanın aparıcı ulduzları iştirak edəcəklər.

Xəzər dənizinə açılan gözəl mənzərə ilə Port Bakı ticarət mərkəzi Azərbaycanın yeni lüks ticarət ünvanıdır. Sahəsi 1700 kvadrat metr olan yeni Marks & Spencer mağazası isə, məhz burada yerləşir. Bu məkanda, alıcılar Marks & Spencer markasının xüsusi üslubu, müstəsna keyfiyyəti ilə yaddan qalan geniş çeşidə qadın, kişi, uşaq geyimlərini və alt paltarını, eləcə də aksesuar və ayaqqabılar seçə bilər.

Zəngin məhsul seçimində müştərilərə yardımçı olmaq məqsədilə Marks & Spencer hər biri öz məxsusi üslubu və dizayn xüsusiyyətləri ilə seçilən digər aidiyyatlı brendlərin də məqbul qiymətlə eksklüziv çeşidini təklif edir. Məsələn, qadın geyimlərinə gəldikdə, Autograph markası incə, qeyri-adi zəriflik və yüksək keyfiyyətli parçası ilə yanaşı sərfəli qiymətlə dizayn keyfiyyətini əks etdirir. Indigo Collection təkrarolunmaz dəbdəbəli cins paltarları və adi günər üçün geyimlərdən ibarətdir. Limited Edition ən ilkin baxışdan geyim trendlərini əks etdiri. Kişi paltarlarına gəldikdə, M&S Collection gündəlik geyimlərin yüksək keyfiyyətinə diqqət yetirərək, xüsusi görünüşü ilə seçilən əsas qarderob geyimlərinin düşünülmüş seçimini təklif etdiyi halda, Blue Harbour klassik Britaniya üsulubundan ilhamlanır və dəbdəbəli polo köynəkləri əhatə edir.

Hər bir geyim brendi unikal ticarət nişanı, vizual satış dəstləri və qoyuluşu ilə alıcıları həvəsləndirmək və məmnun etmək üçün bütün mağazada sərgilənən nümunələrlə seçilir.

"Alhokair” ticarət şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda "Marks & Spenser” üzrə direktoru Cim MakNikolas bildirmişdir: "Biz bu gün Port Bakı ticarət mərkəzində yeni mağazamızı rəsmən açmaqdan məmnunuq. İlk növbədə sevilən markalar sırasında olaraq, biz geyim, alt paltar və uşaq paltarlarına olan böyük müştəri tələbatını müşahidə etdik. Mağazanın böyük təəssürat bağışladığı dizaynı və ən yeni yaz-yay kolleksiyası "Marks & Spenser” markasının müasir dizayna, bərabəri olmayan innovasiya və müstəsna keyfiyyətə sadiqliyini əks etdirir və biz mağazamızda bundan da çox müştərini görməyi səbirsizliklə gözləyirik”.

"Port Bakı”-da açılan və "Alhokair Fashion Retail” şirkəti tərəfindən uzun müddətli franşiza tərəfdaşlığı əsasında idarə olunan "Marks & Spenser” mağazası "Marks & Spenser” şirkətinin aparıcı franşiza tərəfdaşları ilə işin aparımlası və aparıcı ticarət mərkəzlərində mühüm yerlərdə yerləşməsi kimi beynəlxalq strategiyasından irəli gələrək, fəaliyyət göstərir. Hazırda, "Alhokair” Səudiyyə Ərəbistanı, Qazaxıstan, Gürcüstan və Azərbaycanda 22 "Marks & Spenser” mağazasının fəaliyyətini təmin edir.

Əlavə məlumat, fotoşəkillər və ya müsahibələr üçün lütfən aşağıdakı ünvanla əlaqə saxlayın:

"Marks & Spenser”-in korporativ mətbuat şöbəsi [email protected]+44 (0)20 8718 1919

ANN.Az













0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM