Alimlərdən koronavirus haqqında SEVİNDİRİCİ PROQNOZ

20:13 | 27.05.2020
Alimlərdən koronavirus haqqında SEVİNDİRİCİ PROQNOZ

Alimlərdən koronavirus haqqında SEVİNDİRİCİ PROQNOZ

Amerikalı alimlər son 8 ildə qripin mövsümi olduğu qənaətinə gəlib. Bildirilib ki, bu səbəbdən də yayda COVID-19 pandemiyası dayanacaq. Statistikalar göstərib ki, koronavirusların aktivliyi adətən yanvar ayında maksimuma yüksəlir, aprel ayının sonlarında isə azalır.

Anews.az xəbər verir ki, mütəxəssislər bu infeksiyanın yaranmasında rütubətin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Soyuq otaqlarda istilik sistemləri işləyəndə rütubət azalır və virus uzun müddət havada qala bilər. Yüksək rütubət isə virusun uzun müddət havada uçmasına imkan vermir, infeksiya damcıları tez həll olunur.

Alimlər əlavə edib ki, viruslar üçün ən xoşagəlməz hava 30 dərəcədir. Mütəxəssislər hətta qeyd edib ki, ofislərdə və fabriklərdə belə bir temperatur saxlanıla bilsə, infeksiyaların sayı minimuma endirilə bilər. (publika.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb