“Allah mənə ağıl verib” – Elza Seyidcahan da deputat olmaq istəyir

14:39 | 29.11.2019
“Allah mənə ağıl verib” – Elza Seyidcahan da deputat olmaq istəyir

“Allah mənə ağıl verib” – Elza Seyidcahan da deputat olmaq istəyir

"Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram”.


Hokm.az musavat.com-a istinadla xəbər verir ki, əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: "Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.
Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.

Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir.  İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.

Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı müraciət edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb