Almaniya 319 azərbaycanlının sığınacaq istəyini rədd etdi

15:01 | 19.11.2022
Almaniya 319 azərbaycanlının sığınacaq istəyini rədd etdi

Almaniya 319 azərbaycanlının sığınacaq istəyini rədd etdi

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub.
 
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) Report-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib.
 
Qeyd olunub ki, sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul hesab edilib.
 
Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.
 
Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi rədd edilən şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM