Almaniya “hansısa böyük fəlakətə” hazırlaşır?

12:28 | 23.08.2016
Almaniya “hansısa böyük fəlakətə” hazırlaşır?

Almaniya “hansısa böyük fəlakətə” hazırlaşır?

Almaniya İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq vətandaşlarına ölkə boyunca fövqəladə vəziyyət üçün ərzaq və su tədarükü görməyi tövsiyə edib.

Müxalifətdən olan bəzi millət vəkilləri çərşənbə günü nazirlərin müzakirəisinə veriləcək mülki müdafiə konsepsiyasını cəmiyyətdə xof yaratmaq cəhdi adlandırıblar.

Hökumət, vətəndaşlara 10 günlük su və ərzaq ehtiyatı görməyi tövsiyə edib, çünki bəzi yerlərə ilk yardım yalnız bu müddətdə yetişə bilər.

Tövsiyədə deyilir ki, adambaşına beşgünlük su ehtiyatı iki litr olmalıdır.

Almaniyanın Frankfurter Allgemeine xəbər saytında deyilir ki, yeni mülki müdafiə konsepsiyası Daxili İşlər Nazirliyinin tərtib etdiyi 69 səhifəlik sənədlər toplusudur.

Nazir məktəblilərə izahat verib

Sənəddə deyilir ki, "Almaniya ərazisinə ümumi müdafiə tələb edəcək hücum ehtimal olunmur”, lakin gələcəkdə ölkə üçün böyük təhlükəszilik hədəsi istisna edilə bilməz. Buna görə də mülki müdafiə tədbirlərinin görülməsi mühümdür.

Almaniya mətbuatı yazır ki, bu xəbərdən az sonra sosial mediada tövsiyələri lağa qoyan postlar görünməyə başlayıb.

Daxili işlər naziri Thomas de Maiziere məktəblilərin qarşısında çıxış edərkən deyib ki, Almaniya su və ərzağın zəhərləndiyi və ya neft və qaz təchizatının dayandığı vəziyyətlərə hazır olmalıdır.

Parlamentdə sol təmayüllü Die Linke partiyasının rəhbəri Dietmar Bartsch baş verənləri tənqid edib və hökuməti əhali arasında xof yaratmamağa çağırıb.

Əksinə, Yaşıllar Partiyasının sədr müavini Konstantin von Notz deyib ki, 1995-ci ildən bəri toxunulmamış mülki müdafiə konsepsiyasının təzələnməsinə ehtiyac var.

Lakin o, mümkün müharibə və terrorçu hücum ssenarilərini qarışdırmamağa çağırıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM