Almaniya kanslerindən Britaniya açıqlaması

13:00 | 26.06.2016
Almaniya kanslerindən Britaniya açıqlaması

Almaniya kanslerindən Britaniya açıqlaması

"Avropa Birliyi rəsmilərinin Böyük Britaniyanın blokdan ayrılması ilə bağlı nalayiq şərhlərinə ehtiyac yoxdur."

ANS PRESS-in məlumatına görə, bu bəyanatı Almaniya kansleri Angela Merkel səsləndirib. Almaniya lideri Britaniyanın ittifaqdan ayrılması ilə bağlı prosesin sürətləndirməsinə təzyiq göstərməyin tərəfdarı olmadığını bildirib.

Cümə axşamı keçirilən tarixi referendumda Britaniya vətəndaşları Avropa Birliyi üzvlüyündən çıxmağa səs verib. Merkel bu prosesin əbədi olmayacağını bildirsə də, onun qısa zaman çərçivəsində gerçəkləşməsi üçün mübarizə aparmayacağını vurğulayıb. O, Britaniya ilə danışıqların obyektiv və xoş atmosferdə keçməsini istədiyini bildirib.

Siyasi şərhçilərə görə, Almanya iki qərarla bağlı iki seçim qarşısında qalıb. İlk növbədə Almaniya "Brexit"dən avrointeqrasiyanı möhkəmləndirmək və ya gələcəkdə növbəti belə halların baş verməməsi üçün ittifaqda daha güzəştcil abu-hava yaratmağa çalışacaq.

İkinci məsələ bundan sonra Almaniyanın Britaniya - strateji ticarət tərəfdaşı və ya üçüncü dövlət kimi münasibət göstərməsidir. Bir çox iqtisadi şərhçilər isə Breksitlə əlaqədar azad ticarətə bir sıra baryerlərin qoyulacağını xəbərdar edir.
Siyasətçilər, o cümlədən bəzi alman millətvəkilləri, üzv dövlətlərin Breksitdən"pis” nümunə götürməməsi üçün Britaniyanın cəzalandırılması tələb edir.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM