Almaniya millisində zədəli futbolçulardan şad xəbər

23:59 | 28.05.2014
Almaniya millisində zədəli futbolçulardan şad xəbər

Almaniya millisində zədəli futbolçulardan şad xəbər

Almaniya millisinin futbolçuları Sami Xedira və Bastyan Şvaynşayger komanda ilə birgə məşqlərə başlayıb.Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki yarımmüdafiəçinin zədəsinin tam sağaldığı bildirilib. Oyunçuların məşqlər zamanı çıxışı da məşqçi heyətini məmnun edib.Yığmanın digər zədəli futbolçusu Manuel Noyer isə bir neçə gün müalicə olunduqdan sonra komanda ilə məşqlərə start verəcək.Filipp Lam və Marsel Şmelzerdən də sevindirici xəbər gəlib. Hər iki futbolçunun idman zalında məşqlərə başladığı bildirilib.Qeyd edək ki, Almaniya millisi "DÇ-2014"də G qrupunda Portuqaliya, Qana, ABŞ yığmaları ilə birgə mübarizə aparacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb