AMEA-da alman və fransız dillərindən doktorluq imtahanı

17:35 | 16.06.2016
AMEA-da alman və fransız dillərindən doktorluq imtahanı

AMEA-da alman və fransız dillərindən doktorluq imtahanı

İyunun 16-da AMEA-nın doktorant və dissertantlar üçün alman və fransız dillərindən doktorluq imtahanı keçirilib. 

AMEA İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, Mərkəzi Elmi Kitabxananın geniş auditoriyasında təşkil olunan imtahan başlamazdan əvvəl AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış imtahan komissiyasının üzvlərini imtahan iştirakçılarına təqdim edib. Bildirib ki, 2 gün davam edəcək imtahan tam obyektiv şəkildə keçiriləcək: "İmtahan komissiyası peşəkar, təcrübəli və obyektiv pedaqoqlardan ibarətdir. Komissiya tam müstəqildir və onun işinə heç kimin müdaxiləsinə yol verilməyəcək. İmtahan xarici dildən doktorluq minimumu imtahanlarına qoyulmuş tələblərə ciddi riayət etməklə keçiriləcək. Nəticələr isə hər bir iştirakçının elektron ünvanına göndəriləcək”.

İngilis dilindən və ixtisas fənlərindən imtahanların artıq başa çatdığını qeyd edən Ə.Sadıqov iyunun 20-i və 22-də Ümumi fəlsəfə fənnindən imtahanların baş tutacağını bildirib. Ə.Sadıqov ingilis dili imtahanının akademik IELTS poqramı üzrə keçirildiyini və uğurlu nəticələrin əldə edildiyini xüsusi vurğulayıb. İdarə rəisi həmçinin bildirib ki, AMEA-nın prezidenti  imtahan sessiyasının gedişinə şəxsən nəzarət edir. İmtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə onun tərəfindən AMEA-nın müvafiq strukturlarına xüsusi tapşırıqlar verilib.

Sonra komissiyanın üzvləri imtahan iştirakçılarını imtahanın tələbləri ilə tanış edib və lazımi tövsiyələrini veriblər. İxtisasa aid mətnlərin tərcüməsinə və şifahi nitqin yoxlanılmasına xüsusi diqqət yetiriləcəyini qeyd ediblər.

Daha sonra imtahana start verilib.

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb