1 348 müəllim iş yerini dəyişib - Nəticələr açıqlanıb

11:16 | 02.05.2024
1 348 müəllim iş yerini dəyişib - Nəticələr açıqlanıb

1 348 müəllim iş yerini dəyişib - Nəticələr açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 
Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM